Kanada da Ukraynaya hərbi yardım ayırdı

Dünya

11.07.2024 10:44

Kanada hakimiyyəti Ukraynaya 367 milyon ABŞ dolları məbləğində hərbi yardım paketi ayıracaq.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə “National Post” qəzeti məlumat yayıb.

Yeni yardım paketi NATO-nun Vaşinqtonda keçiriləcək sammitində Kanadanın Baş naziri Castin Trüdo tərəfindən açıqlanacaq. Hələ ki, hərbi yardımın təfərrüatları barədə məlumat verilmir. 

Qeyd edilib ki, Baş nazir Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Töhfə Səməd

tag: Ukrayna, NATO, Zelenski,Kanada, Vaşinqton, todaypress.az,