Kanada ABŞ-yə “dostluq" təklif etdi
Dünya
31.01.2025 11:40
"Ottava və Vaşinqton dost qala bilərlər, lakin Kanadanın ABŞ-yə qoşulmasından söhbət gedə bilməz".
TodayPress xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli Britaniyanın "The Financial Times" nəşrinə müsahibəsində bildirib.
O, ABŞ-yə səfəri zamanı Kanadanın Birləşmiş Ştatlara qoşulması məsələsinin müzakirə olunub-olunmaması ilə bağlı suala "Qətiyyən yox" cavabını verib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə "Kanada və Qrenlandiyanın ABŞ-nin bir hissəsi olmalıdır" deyə bəyan edib. O, həmçinin Panama kanalını Ağ Evin nəzarətinə qaytarmaq niyyətində olduğunu bildirib.
Respublikaçının bəyanatları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb.
Töhfə Səməd
tag: ABŞ,Panama,Kanada,Danimarka,Todaypress.az,