Kanada ABŞ-nin yeni tariflərini “birbaşa hücum” hesab edir
Kanadanın Baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampın xaricdə istehsal edilən bütün avtomobillərə 25 faiz rüsum tətbiq etməsini ölkəsinə “birbaşa hücum” adlandırıb.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məluat yayıb.
Həmçinin Baş nazir bu məqsədlə Kanadanın cavab variantlarını nəzərdən keçirəcəyini vurğulayıb.
"Biz cavab rüsumlarının tətbiqi üçün mexanizmlər hazırlamışıq. Bununla bağlı çoxlu mülahizələr var” deyə o qeyd edib.
Nəşr bildirib ki, Mark Karni cavab tədbirləri görməzdən əvvəl Trampın sərəncamının təfərrüatları ilə tanış olması lazım olduğunu deyib.
Karni həmçinin Trampla danışmalı olduğunu və bunun tezliklə baş verəcəyinə ümid etdiyini vurğulayıb.
Aysel Mətləb
tag: Kanada,ABŞ,Ticarət,Tarif,Todaypress.az,