Kamçatkada “An-2” təyyarəsi radarlardan itdi
Dünya
19.12.2024 09:54
“Kamçatka ərazisində radarlardan itən “An-2” yük təyyarəsi Klyuçi kəndi yaxınlığında yerə enmiş ola bilər”.
TodayPress xəbər verir ki, təfərrüatları “Amur Mash” “Telegram” kanalı təqdim edib.
Məlumata görə, qəza siqnalı 700 metr yüksəklikdə yerləşən yaşayış məntəqəsindən 80 kilometr aralıda çıxıb. Radarlardan itən təyyarə “Fair Avia” şirkətinə məxsusdur. İstintaq Komitəsi artıq şirkətlərin təhlükəsizlik qaydalarının pozulmasına yol verib-vermədiyini yoxlamağa başlayıb.
Töhfə Səməd
tag: Kamçatka ,Təyyarə, Radar, İtmək, todaypress.az,