Kamçatkada 6,3 maqnitudada zəlzələ baş verdi
Dünya
30.09.2024 19:00
Rusiyanın Kamçatka diyarında 6,3 maqnitudada zəlzələ baş verib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin ocağı 39,9 km dərinlikdə, episentri Petropavlovsk-Kamçatskidən 128 km aralıda yerləşib.
Sunami təhlükəsi elan olunmayıb.
tag: Rusiya,Kamçatka,Zəlzələ,Maqnitud,Elmlər Akademiyasının Geofizika Xidməti,Sunami ,todaypress.az,