Kamala Harrisin müsahibəsi tənqid olundu
ABŞ-nin vitse-prezidenti və prezident seçkilərinə namizədi Kamala Harris "Fox News" kanalının bir sualına cavab verə bilməyib.
TodayPress xəbər verir ki, bunu ABŞ-də Respublikaçıların prezidentliyə namizədi Donald Trampın seçki kampaniyasının sözçüsü Karolin Livitt "X" sosial şəbəkəsində bildirib.
“Kamala Harrisin Bret Baier (Fox News aparıcısı) ilə müsahibəsi fəlakət oldu. Kamala qəzəbli, müdafiəçi idi və amerikalıların üzləşdiyi problemlərə görə məsuliyyətdən boyun qaçırırdı” deyə o qeyd edib.
Livitt, Harrisin bütün kampaniyasının Tramp haqqında yalanlara əsaslandığını vurğulayıb.
Günəş Mərd
tag: ABŞ, Harris ,Tənqid ,Tramp ,Livitt ,todaypress.az,