Kamala Harris Zelenski ilə görüşəcək
Dünya
20.09.2024 21:42
ABŞ-nin vitse-prezidenti Kamala Harris gələn həftə
Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.
TodayPress xəbər verir ki, bu barədə
Harris “X” hesabında yazıb.
O, xatırladıb ki, Ukrayna lideri ilə bu görüş onun
yeddinci görüşü olacaq.
"Gələn həftə Ağ Evdə mən Ukrayna prezidenti
Zelenski ilə yeddinci dəfə görüşəcəyəm. Prezident Bayden və mən açıq şəkildə
bildirdik ki, Ukrayna xalqı öz azadlığı uğrunda mübarizə apararkən bizim öhdəliyimiz
sarsılmazdır" Harris əlavə edib.
ABŞ-nin BMT-dəki səfiri Linda Tomas-Qrinfild bildirib ki, Birləşmiş Ştatlar artıq prezident Volodimir Zelenskinin müharibəni bitirmək planını nəzərdən keçirib.
Aynur TAC
tag: Kamala Harrisi, Zeleniski, ABŞ, Amerika, Ukrayna,todaypress.az,