Kamala Harris Trampın debatların tarixinə dair təklifi ilə razılaşmır

Dünya

03.08.2024 20:55

ABŞ prezidentliyinə demokratların namizədi Kamala Harrisin Seçki Qərargahı Donald Trampı əldə olunan razılaşmaya riayət etməyə və növbəti debatları sentyabrın 10-da keçirməyə çağırıb.

TodayPress “ABC News”a istinadən xəbər verir ki, qurumdan bildirilib ki, Kamala Harris D. Trampın 4 sentyabr təklifi ilə razılaşmır.

Qeyd edək ki, ABŞ-də Prezident seçkisi noyabrın 5-də keçiriləcək.

tag: Kamala Harris, Tramp, ABŞ, Prezident seçkiləri, todaypress.az,