Kamala Harris Trampı debata dəvət etdi
ABŞ-nin vitse-prezidenti Kamala Harris keçmiş prezident Donald Trampı televiziya debatına çağırıb.
TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Harris "CBS News” tərəfindən təklif olunan debatda görüşə biləcəklərinə ümid etdiyini söyləyib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Yarışda əsas namizədlər hazırkı prezident, demokrat Co Bayden və respublikaçı Donald Trampdır.
Günəş Mərd
tag: ABŞ, Kamala, Tramp, Prezident, Seçki, Bayden, todaypress.az,