Kamala Harris reklam kampaniyalarına 350 milyondan çox pul xərcləyəcək

Dünya

18.08.2024 09:30

2639

Prezidentliyə namizəd olan hazırki vitse-prezidenti Kamala Harris seçki ərəfəsində bəzi ştatlarda reklamlara 370 milyon dollar xərcləməyi planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə "The New York Times" yazıb.

Seçki kampaniyasının rəsmi nümayəndəsi nəşrə bildirib ki, Harrisin qərargahı televiziya reklamına 170 milyon dollar xərcləmək niyyətindədir, qalan 200 milyon dollar isə rəqəmsal tanıtım vasitələrinə yönəldiləcək.

“Pensilvaniya və Viskonsin ştatlarında onların xərcləri iki dəfə, Corciyada dörd dəfə, Nevada ştatında isə altı dəfə baha olacaq” deyə o, əlavə edib.

Töhfə Səməd

tag: Kamala Haris, Seşki, Prezidentlik, Namizəd, todaypress.az,