Kamala Harris Putin və Çin prezidenti Si Cinpi ilə baş edə bilməyəcək
Dünya
15.08.2024 03:15
ABŞ-nin vitse-prezidenti Kamala Harris Rusiya prezidenti
Vladimir Putin və Çin prezidenti Si Cinpinə müqavimət göstərə bilməyəcək.
TodayPress xəbər verir ki, bu barədə Respublikaçılar
Partiyasından vitse-prezidentliyə namizəd J.D.Vens tərəfdarları qarşısında
çıxışı zamanı bildirib.
Onun sözlərinə görə,
Harris jurnalistlərin suallarına belə cavab verə bilməyib. Onun ölkəni beynəlxalq
aləmdə təmsil etmək işi çətin olacaq.
“Əgər siz medianın
suallarına cavab verə bilmirsinizsə, Vlodimir Putin və ya Si Cinpinə qarşı dura
biləcəyinizi düşünürsünüz? Dünya liderləri ilə bir otaqda olmağınıza və Amerika
xalqını təmsil etməyinizə necə inanaq?” Ohayodan
olan senator vurğulayıb.
Aytac Müşfiq
tag: Çin, ABŞ,Putin,Seçki,todaypress.az,J.D.Vens,