Kamala Harris öz vitse-prezidentinin namizədliyini irəli sürdü

Dünya

06.08.2024 17:50

1694

Demokratlar Partiyasından dövlət başçısı postuna namizədliyini irəli sürən ABŞ-nin vitse-prezidenti Kamala Harris, Minnesota qubernatoru Tim Valzı ABŞ vitse-prezidentliyinə namizəd kimi seçib.

TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, Kamala Harris noyabrda keçiriləcək seçkilərdə Minnesota qubernatoru Tim Valsla birgə mübarizə aparacaq. Onun Filadelfiya mitinqində bu qərarı elan etməsi gözlənilir.

Töhfə Səməd

tag: Kamala Harris, ABŞ, Minnesota, Tim Valz, Namizəd, todaypress.az,