Kamala Harris İranın İsrailə hücumunu pislədi
Dünya
02.10.2024 15:25
ABŞ-nın vitse-prezident Kamala Harris İranın İsrailə qarşı ballistik raket hücumunu pisləyib.
TodayPress xəbər verir ki, bu barədə “Ağ Ev” məlumat yayıb.
"İran İsrailə təxminən 200 ballistik raket atıb, mən bu hücumu birmənalı olaraq pisləyirəm. İran Yaxın Şərqdə sabitliyi pozan, təhlükəli qüvvədir və İsrailə hücum bu faktı daha da nümayiş etdirdi. Mən ABŞ ordusunun İsraili hədəf alan İran raketlərini vurmasını dəstəkləyirəm. İsrail bizim köməyimizlə bu hücumu dəf edə bildi. Dediyim kimi, mən həmişə İsrailin İrana və İranın dəstəklədiyi qruplaşmalara qarşı müdafiə qabiliyyətinə malik olmasını təmin edəcəyəm. İsrailin təhlükəsizliyinə sadiqliyim sarsılmazdır" deyə Harris bildirib.
tag: Kamala Harris, ABŞ ,İsrail ,Raket ,Ordu ,todaypress.az,