Kamala Harris Baydeni əvəz etməyə hazırlaşır

Dünya

22.07.2024 09:31

ABŞ-nin vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasından prezident seçkilərinə rəsmi namizədliyini irəli sürəcək. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun özü məlumat verib. 

K.Harris 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasının namizədi Donald Trampı məğlub etmək niyyətində olduğunu bildirib. 

O, Baydenə namizədliyini irəli sürdüyü üçün təşəkkür edib və onun prezidentlik yarışından geri çəkilmək qərarını fədakarlıq və vətənpərvərlik kimi qiymətləndirib.

 "Seçkilərə 107 gün var. Birlikdə mübarizə aparacağıq. Birlikdə qalib gələcəyik" deyə Harris vurğulayıb.

Qeyd edək ki, seçkidə iştirakdan imtina edən Cozef Bayden də Kamala Harrisin prezidentliyə namizəd kimi irəli sürülməsini təklif edib. 

Günəş Mərd

tag: Kamala Haris, Seşki, Bayden, Prezidentlik, Namizəd, todaypress.az,