Kallas: “Suriyanın keçid hökumətinin tanınması barədə danışmaq hələ tezdir”

Dünya

12.12.2024 12:35

Avropa İttifaqının diplomatiyasının rəhbəri Kaja Kallas hesab edir ki, Suriyanın keçid hökumətinin tanınması və ya Ərəb Respublikasında hakimiyyəti ələ keçirmiş qrupa – “Heyət Təhrir əl-Şam”a qarşı sanksiyaların ləğvi barədə danışmaq hələ tezdir. 

TodayPress xəbər verir ki, o, bu barədə “The Guardian”a bildirib.

“Bu məsələ hələ ilkin mərhələdədir və hazırki məqsəd hökumətin tanınması ilə bağlı deyil” deyə Kallas diqqətə çatdırıb. 

Onun fikrincə, Aİ-nin suriyalı sığınacaq axtaranlara ümumi yanaşmaya ehtiyacı var. O, əlavə edib ki, Aİ-nin sığınacaq qaydalarına hörmət edilməlidir. Bundan əvvəl bir neçə Avropa ölkəsi Suriyanın sığınacaq müraciətlərinə baxılmasını dayandırmaq qərarına gəlib.

Töhfə Səməd

tag: Suriya, Ərəb, Respublika, Sığınacaq ,todaypress.az,