Kallas Rusiyaya qarşı yeni sanksiyalar paketinin tarixini açıqladı
Avropa Komissiyasının (AK) planlarına əsasən, Rusiyaya qarşı yeni 17-ci sanksiyalar paketi mayın 20-dək qəbul ediləcək.
TodayPress xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“Biz mayın 20-də baş tutacaq xarici işlər nazirlərinin növbəti görüşündə 17-ci sanksiyalar paketini qəbul etmək niyyətindəyik” deyə siyasətçi bildirib.
Lakin o, yeni məhdudiyyətlərin məzmununu açıqlamayıb.
tag: Avropa Komissiyası,Rusiya,Sanksiya,todaypress.az,