Kallas: "Aİ artıq Ukraynaya 134 milyard avro xərcləyib"
Dünya
22.01.2025 13:55
"Artıq Avropa İttifaqı (Aİ) Ukraynaya 134 milyard avro ayırıb ki, bunun da 50 milyardı silah-sursat üçün yönləndirilib".
TodayPress "TASS"a istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bildirib.
Onun sözlərinə görə, Aİ ölkələri tərəfindən təlim keçmiş Ukrayna əsgərlərinin sayı yanvarın sonuna kimi 75 minə çatacaq.
Kallasın fikrincə, Aİ-nin köməyi ilə Ukrayna münaqişədə qalib gələ biləcək.
"Brüssel ABŞ olmadan da təkbaşına Kiyevi dəstəkləməyə hazırdır. Biz bunu tərəfdaşlarla və ya özümüz edəcəyik" deyə o qeyd edib.
Töhfə Səməd
tag: ABŞ,Avropa İttifaqı,Ukrayna,Silah,Rusiya,Müharibə,Dünya,todaypress.az,