Kaliforniyadakı yanğınlarda ölənlərin sayı 24-ə çatdı
Dünya
13.01.2025 09:43
Kaliforniya ştatının Los-Anceles dairəsini əhatə edən yanğınlar nəticəsində azı 24 nəfər həlak olub.
TodayPress xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Qurbanların əksəriyyətinin şəxsiyyəti hələ müəyyən edilməyib. Daha əvvəl 16 nəfərin öldüyü, daha 13 nəfərin itkin düşdüyü bildirilirdi.
Qeyd edək ki, yanvarın 7-də Los-Anceles şəhərində meşə yanğınları yayılmağa başlayıb. Meteoroloqların sözlərinə görə, yanğının sürətlə yayılmasına quru və çox küləkli hava səbəb olub.
ABŞ prezidenti Cozef Bayden Kaliforniyada baş verən yanğınları ştatın tarixində ən böyük və ən dağıdıcı yanğın adlandırıb.
tag: Kaliforniya ,Meşə ,Yanğın, Bayden, todaypress.az,