Kaliforniyada zəlzələyə görə fövqəladə vəziyyət elan edildi

Dünya

06.12.2024 10:30

Amerikanın Kaliforniya ştatı sahillərində 7,0 bal gücündə güclü zəlzələ baş verib və sunami xəbərdarlığı elan edilib. 

TodayPress xəbər verir ki, Kaliforniya qubernatoru Qavin Nevsom sosial mediadakı “X” səhifəsində zəlzələ ilə əlaqədar fövqəladə vəziyyət elan edilməsini təsdiqlədiyini bildirib.

"Bu səhər baş verən zəlzələyə təcili cavab tədbirləri üçün lazım olan yerə daha çox resurs getməsinə icazə vermək üçün fövqəladə vəziyyəti təsdiqlədim" deyə o yazıb.

Onun sözlərinə görə, dövlət orqanları vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə sadiqdir.

“NOAA” Sunami Xəbərdarlıq Mərkəzinin məlumatına görə, təhlükə Kaliforniya və Oreqon ştatlarının sahilyanı əraziləri üçün qüvvədədir.

Töhfə Səməd

tag: Kaliforniya,Qavin Nevsom,Fövqəladə hal,Zəlzələ,todaypress.az,