Kaliforniyada yanğınsöndürən təyyarə PUA ilə toqquşdu
Dünya
10.01.2025 15:14
Kaliforniyada yanğınsöndürən təyyarə yanğınla mübarizə apararkən pilotsuz uçuş aparatı (PUA) ilə toqquşub, lakin yerə enə bilib. Hadisə nəticəsində Los-Anceles ərazisində uçuşlar məhdudlaşdırılıb.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) məlumat yayıb.
"Los-Anceles dairəsinin Paliseyds rayonunda yanğınsöndürən təyyarə yanğını söndürərkən dronla toqquşub. FAA Los-Ancelesdə bir neçə müvəqqəti uçuş məhdudiyyəti tətbiq edib" məlumatda bildirilib.
Məlumata görə, hadisə Kaliforniya yanğınsöndürənlərində cəmi iki ədəd olan “Canadair CL-415 Super Scooper” təyyarələrindən biri ilə baş verib. Toqquşma nəticəsində təyyarə sıradan çıxıb.
Bununla əlaqədar araşdırma başlanılıb.
tag: Kaliforniya,Yanğınsöndürən,Təyyarə,PUA,Toqquşma,ABŞ,todaypress.az,