Kaliforniyada neft emalı zavodunda partlayış baş verdi
Dünya
02.02.2025 10:30
Kaliforniya ştatının Martinez şəhərində neft emalı zavodunda yanğın baş verib, azı 3 nəfər xəsarət alıb.
TodayPress xəbər verir ki, bu barədə “The Mercury News” qəzeti məlumat yayıb.
Partlayışa və irimiqyaslı yanğına karbohidrogen sızmasının səbəb olduğu bildirilir.
Zavodun 3 əməkdaşı yüngül xəsarət alıb, bütün işçilər təxliyə edilib.
tag: Kaliforniya,Martinez,Zavod,Partlayış,todaypress.az,