Kaliforniyada elektrik stansiyasında yanğın başladı

Dünya

17.01.2025 12:03

Kaliforniya ştatının Moss Landinq şəhərində böyük elektrik stansiyasında yanğın baş verib.

TodayPress xəbər verir ki, bu barədə “Los Angeles Times” məlumat yayıb.

Səkkiz rayonda evakuasiya elan edilib.  

Yanğının baş verdiyi obyektin on minlərlə litium batareyası olan dünyanın ən böyük akkumulyator elektrik stansiyalarından biri olduğu qeyd edilir.

Xatırladaq ki, yanvarın 7-də Amerikanın Los-Anceles şəhərində şiddətli meşə yanğınları başlayıb. 

Günəş Mərd

tag: Kaliforniya ,Batereya, Yanğın, Obyekt, todaypress.az,