Kaliforniyada böyük fəlakət rejimi elan edildi
Dünya
09.01.2025 09:44
ABŞ prezidenti Cozef Bayden tüğyan edən kütləvi yanğınlar səbəbindən Kaliforniya ştatında böyük fəlakət rejimi elan edilməsi ilə bağlı bəyannamə imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.
Zərərçəkənlər müvəqqəti mənzil və ev təmiri üçün qrantlar, sığortasız əmlaka dəyən zərərin ödənilməsi üçün kreditlər və digər proqramlar şəklində yardım ala biləcəklər.
Eyni zamanda Bayden Kaliforniyada azı 5 nəfərin ölümünə səbəb olan meşə yanğınları səbəbindən İtaliyaya səfərini ləğv etmək qərarına gəlib.
tag: Koliforniya ,Ağ Ev,Bayden, Zərərçəkən, todaypress.az,