Kaliforniyada 5,2 bal gücündə zəlzələ baş verdi
Dünya
07.08.2024 10:13
Kaliforniyanın Los-Anceles şəhərinin yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Təbii fəlakətin episentri 373 min nəfərin yaşadığı Bakersfild şəhərindən cənubda və 20,8 min nəfər əhalisi olan Arvin şəhərindən cənub-qərbdə yerləşib. Yeraltı təkan 12 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Töhfə Səməd
tag: Kaliforniya, Los-Anceles, ABŞ, Bakersfild, Arvin, todaypress.az,