“Kalaşnikov” yeni pulemyot hazırladı
Dünya
24.01.2025 18:20
17-21 fevral tarixlərində Abu Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) “ADEX 2025” beynəlxalq silah və müdafiə texnologiyaları sərgisi keçiriləcək.
TodayPress xəbər verir ki, bu barədə “Kalaşnikov” özünün Teleqram səhifəsində məlumat paylaşıb.
Məlumatda qeyd edilib ki, “Kalaşnikov” konserni ilk dəfə olaraq “ADEX 2025” sərgisində 7,62 mm-lik yüngül pulemyot “RPL-7”ni nümayiş etdirəcək.
“RPL-7” modeli düşmənin canlı qüvvəsini, atəş nöqtələrini və yüngül zirehli maşınlarını məhv etmək üçün nəzərdə tutulub.
Eyni zamanda Pulemyotun dizaynı zərurət yarandıqda optik və gecə nişangahlarının, hədəf təyinedicisinin fənər və digər cihazların quraşdırılmasına imkan verir.
“RPL-7” yüngül pulemyotunun çapı 7,62 mm, görmə məsafəsi - 800 m, çəkisi – 5,5 kq, uzunluğu -1100 mm, patron qutusunun tutumu isə 80-dir.
Nicat Osman
tag: ADEX, 2025,Silah,Abu Dabi,Kalaşnikov,Todaypress.az,