Kaja Kallas Ermənistana səfər edəcək
Dünya
24.01.2025 14:00
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaja Kallas Ermənistana səfər edəcək.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib.
Məlumata görə, səfər yaxın həftələrə planlaşdırılıb.
tag: Aİ,Ali nümayəndə,Kaja Kallas,Ermənistan,Səfər,todaypress.az,