Kafkanın Eynşteynə yazdığı məktub hərraca çıxarılır
Dünyaca məşhur yazıçı Frans Kafkanın Albert Eynişteynə yazdığı məktub hərraca çıxarılacaq.
TodayPress xarici mətbuata istinadla xəbər verir ki, yazıçının tüperklyoz xəstəliyi illə mübarizə apardığı illərdə Albert Eynşteynə ünvanladığı məktubun iyun ayında hərraca çıxarılacağı gözlənilir.
Yazıçının “3 ildir heç bir şey yaza bilmədim” dediyi məktubu ədəbiyyat dərgisinə dəstək göstərməsi ilə bağlı ricasına cavab olaraq yazdığı ifadə edilir.
Xatırladaq ki, 20-ci əsr ədəbiyyatının əhəmiyyətli imzalarından olan roman və hekayə yazarı Frans Kafka 1923- cü ildə 40 yaşında tüperklyoz xəstəliyindən vəfat edib.
Günel
tag: Kafka,Eynşteyn,Yazıçı,Tüperklyoz,todaypress.az,