Kadırovun 17 yaşlı oğluna daha bir mükafat verildi
Çeçenistan
rəhbərinin oğlu Adam Kadırov respublikanın ən yüksək mükafatı - "Kadırov
ordeni" ilə təltif edilib.
TodayPress
xəbər
verir ki, bu barədə sosial şəbəkədə milli siyasət, xarici əlaqələr, mətbuat və
informasiya naziri Əhməd Dudayev bildirib.
“Bu,
onun yüksək mənəvi keyfiyyətinin və işinə sadiqliyinin layiqli etirafıdır. Adam
əsl müsəlman və çeçen olmaqla, öz şanlı ailəsini layiqincə təmsil edən
vətəninin əsl vətənpərvəridir” Dudayev qeyd edib.
tag: Çeçenistan, Dudayev, Adam Kadırov, Orden,todaypress.az,