Kadırovdan Dağıstandakı terrorla bağlı ilginc İDDİA

Dünya

24.06.2024 13:08

Çeçenistan rəhbəri Ramzan Kadırov Dağıstandakı hücumları dinlər arasında fikir ayrılığı yaratmaq cəhdi adlandırıb. 

TodayPress xəbər verir ki, o, bu barədə öz teleqram kanalında yazıb. 

“Terrorçular bir daha əsl alçaq və qorxaq mahiyyətlərini nümayiş etdirdilər. Eyni zamanda, həmişə olduğu kimi, silahsız və müdafiəsiz insanları qurban seçiblər. Baş verənlər iyrənc təxribat və dinlər arasında nifaq salmaq cəhdinə bənzəyir” deyə Çeçenistan rəhbəri yazıb. 

Kadırovun sözlərinə görə, Çeçenistan hakimiyyəti yaraqlıların tutulması üçün hər cür yardım göstərməyə hazırdır. 

Qeyd edək ki, iyunun 23-də axşam Dərbənddə sinaqoq və kilsəyə, Mahaçqalada kilsəyə, sinaqoqa və yol polisi postuna, eləcə də Serqokalı kəndinin mərkəzində avtomobilə hücum olub. Terror aktı nəticəsində Daxili İşlər Nazirliyinin 15-dən çox əməkdaşı və bir neçə mülki şəxs həlak olub. Öldürülənlər arasında Dərbənddəki kilsənin keşişi də var. Altı silahlı məhv edilib. Terror aktı ilə bağlı cinayət işi açılıb.

Günəş Mərd

tag: Kadırov, Dağıstan, İddia, Çeçenistan, Hkimiyyət, todaypress.az,