Kadırova qarşı sui-qəsd sifarişi verilib?
Dünya
10.10.2024 16:00
Çeçenistanın rəhbəri Ramzan Kadırova sui-qəsd planlaşdırılıb.
TodayPress xəbər verir ki, bunu Kadırov özü deyib.
Onun sözlərinə görə, Dövlət Dumasının deputatları Bexan Baraxoev və Rizvan Kurbanov, həmçinin senator Süleyman Kərimov ona qarşı sui-qəsd sifarişi verməyə cəhd ediblər.
Kadırova bildirib ki, sui-qəsddə ittiham etdiyi şəxslər günahsız olduqlarını sübut etməsələr, bu, onlara baha başa gələcək.
Günəş Mərd
tag: Çeçenistan,Ramzan Kadırov,Sui-qəsd,İttiham,todaypress.az,