Kadırov BƏƏ prezidenti ilə görüşdü

Dünya

27.10.2024 15:31

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. 

TodayPress xəbər verir ki, Kadırov bu barədə özünün “Telegram” kanalında yazıb. 

“Əbu-Dabidə  əziz böyük qardaşım, BƏƏ prezidenti ilə görüşdüm. Biz hörmətli şeyxin Moskvaya bu yaxınlarda rəsmi səfərindən, prezident Vladimir Putinlə görüşdən danışdıq. İki ölkə arasında inkişaf edən əlaqələr və əldə olunan uğurlar barədə əsaslı söhbətimiz oldu” deyə o yazıb.

Kadırov onu da əlavə edib ki, o, Əl Nəhyana Çeçenistanın son nailiyyətləri barədə danışıb və Körfəz dövləti ilə tərəfdaşlığın daha da möhkəmlənməsinə ümid etdiyini bildirib. 

Günəş Mərd 

tag: Çeçenistan,Kadırov,BƏƏ,Təşəfdaşlıq,Todaypress.az,