Kababxanda qadın turist zorlandı
Fransada Olimpiadaya bir neçə gün qalmış qalmaqallı hadisə baş verib.
TodayPress xəbər verir ki, Parisdə Olimpiadanın açılış mərasiminə günlər qalmış bir qrup dəstə kababxanaya gələn qadını zorlaması beynəlxalq ictimaiyyətdə narahatlıq yaradıb. Əlində alt paltarı ilə şok vəziyyətində xəstəxanaya müraciət edən qadının mobil telefonunun da oğurlandığı bildirilib.
Belə ki, 25 yaşlı avstraliyalı qadın turist, Afrika əsilli olduğu güman edilən 5 kişinin hücumuna məruz qaldığını bildirib. Hadisədən sonra şokda olan qadın Biçat xəstəxanasına aparılıb.
İnsidentlə bağlı təhlükəsizlik kamerası görüntüləri araşdırılır və şübhəlilərin ən qısa zamanda müəyyən edilməsi üçün işlər davam etdirilir. (baku.ws)
tag: Fransa, Olimpiada, Qadın, Zorlamaq, Afrika, todaypress.az,