Jurnalistlərə qarşı cinayət işi açıldı

Dünya

22.08.2024 14:06

1541

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) “CNN” telekanalının və ukraynalı jurnalistlərin Kursk vilayətində Sudja bölgəsindəki sərhədi qanunsuz keçməsi ilə bağlı cinayət işi açıb.

TodayPress xəbər verir ki, Bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“FTX Sudjadan qanunsuz keçən amerikalı jurnalist Nik Peyton Uolşa, həmçinin ukraynalı müxbirlər Olesya Borovik və Diana Butskoya qarşı cinayət işi açıb. Hazırda araşdırmalar davam edir”.

FTX xatırladıb ki, bundan əvvəl analoji maddə ilə italiyalı jurnalistlər Simoni Traini və Stefani Battistiniyə qarşı sərhədi qanunsuz formada keçmək ittihamı ilə cinayət işi açılıb.

Töhfə Səməd

tag: Sudja, Rusiya, Kursk, Jurnalist, Traini,todaypress.az,