İyulun 21-də dünyanın ən isti günü qeydə alındı

Dünya

24.07.2024 08:50

Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin ilkin məlumatlarına görə, bazar günü, iyulun 21-i indiyə qədər qeydə alınan ən isti gün rekordunu qırıb.

TodayPress xəbər verir ki, bazar günü havanın orta temperaturu Selsi üzrə 17,09 dərəcəyə çatıb ki, bu da ötən iyulda qeydə alınan rekorddan (17,08 dərəcə) bir qədər yüksəkdir.

Kopernik xidmətinin direktoru Karlo Buontempo bildirib ki, bu həftənin əvvəli bazar günü rekordunu üstələyə bilər, çünki istilik dalğaları bütün dünyada öz əhatəsinə almağa davam edir.

Nəzrin Cavadzadə

tag: 21 İyul,Temperatur, Rekord, Kopernik, todaypress.az,