İtlərin öldürülməsinə görə 32 milyon dollar təzminat ödənəcək
Dünya
25.11.2024 17:59
Kanada hakimiyyəti 1950 və 1960-cı illərdə xizək itlərini öldürülməsinə görə Kvebekdə yaşayan İnuitlərə (hindu xalqlarından olan, Kanadada Arktik regionda yaşayan etnos) 32 milyon ABŞ dolları təzminat ödəyəcək.
TodayPress xəbər verir ki, bu barədə “Global News” telekanalı məlumat yayıb.
Telekanal qeyd edib ki, Kvebek hüquq-mühafizə orqanları inuitlərin normal həyatı üçün vacib olan 1000-dən çox xizək itini öldürüblər. İnuitlər həmin heyavnlardan ov və digər məqsədlər üçün istifadə ediblər.
Məlumata görə, polis bölgədə, xüsusən də Kanadanın şimalının yerli sakinləri üçün məktəblər tikilən zaman sakinlərin təhlükəsizliyini təmin etmək üçün bu addımı atıb.
Günəş Mərd
tag: İtlər, Ölüm, Kvebek, Kanada, Məlumat,ABŞ, todaypress.az,