İtkin düşən alpinistin 22 il sonra buzda donmuş cəsədi tapıldı
22 il əvvəl qarlı zirvədə yoxa
çıxan alpinistin cəsədi tapılıb.
TodayPress xəbər verir ki, Amerikalı
alpinist Uilyam Stempfl 2002-ci ilin iyununda Peruda Huaskaran dağının kənarında
qar uçqunu altında qaldıqdan sonra itkin düşüb.
Həmin vaxt 59 yaşlı adam üçün axtarış-xilasetmə
işləri aparılsa da onun cəsədini tapmaq mümkün olmayıb.
Polis bildirib ki, onun Peru
buzlaqları tərəfindən yaxşı qorunan cəsədi qlobal istiləşmənin səbəb olduğu
temperaturun yüksəlməsi fonunda aşkar edilib.
Stempflın cəsədi onun əşyaları
ilə yanaşı tapılıb və bu, polisə onun şəxsiyyətini müəyyənləşdirməyə imkan
verib.
Nəzrin Cavadzadə
tag: Peru, Alpinist, Uilyam Stempfl, Huaskaran, todaypress.az,