İtalyan jurnalist Rusiyadan sığınacaq istədi: “Makron Fransanı aşağılayır”

Dünya

27.07.2024 16:35

İtaliyalı jurnalist və iqtisadi analitik Angelo Giuliano Parisdə 33-cü Yay Olimpiya Oyunları başlayandan sonra Rusiyadan sığınacaq istəyib.

TodayPress xəbər verir ki, o, bu barədə özünün “X” hesabında paylaşım edib. 

“Rusiyadan mənə sığınacaq verməsini xahiş edirəm, bu şounun bir hissəsi olmaq istəmirəm” deyə Giuliano qeyd edib. O, həmçinin “Makron Fransanı aşağılayır” başlıqlı yazı da bölüşüb.

Qeyd edək ki, 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimində LGBT nümayəndələri əsas rolda olub. Bu, müxtəlif ölkələrdə tənqid edilib və narazılıqla qarşılanıb. Belə ki, Yunanıstanın “Pronews.gr” portalı mərasimi Qərbdə sivilizasiyanın və xristian mədəniyyətinin süqutu adlandırıb. 

Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask isə açılış mərasimini xristianlara qarşı açıq-aşkar hörmətsizliyin təzahürü adlandırıb.

Parisdəki şou transgenderlərlə bağlı yaranan qalmaqalla yanaşı, daha bir neçə insidentlə yadda qalıb. Belə ki, Olimpiya bayrağı dirəyə tərs quraşdırılıb və elə də asılı nümayiş etdirilib. 

Töhfə Səməd

tag: İtalyan, Rusiya, Olimpiya, LGBT, Tesla, SpaceX, todaypress.az,