İtaliyanın müdafiə naziri Kiyevə gəldi

Dünya

16.01.2025 15:28

İtaliyanın müdafiə naziri Qido Krosetto Kiyevə rəsmi səfərə gəlib. 

TodayPress xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyinin saytında məlumat verilib.

"Müdafiə naziri Qido Krosetto Ukraynaya rəsmi səfərə gəlib  və bu səfər zamanı bir sıra institusional görüşlər keçirəcək" məlumatda deyilir.

Qeyd edək ki, bundan öncə yanvarın 14-də Almaniyanın müdafiə naziri  Boris Pistorius elan olunmamış səfərlə Kiyevə gəlib. Pistorius səfəri Ukrayna hökuməti ilə gələcək dəstəyi müzakirə etmək üçün təşkil edib. 

Günəş Mərd

tag: Ukrayna, İtaliya, Müdafiə ,Nazir, todaypress.az,