İtaliyanın əhalisi 2050-ci ilə qədər 4 milyon azalacaq

Dünya

25.07.2024 06:00

İtaliyanın ümumi əhalisi 2050-ci ilə qədər təxminən 4 milyon azalaraq 54 milyona çatacaq.

TodayPress xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb.

Məlumata görə, İtaliyanın əhalisi 2014-cü ildə 61,31 milyon nəfərə çatdıqdan sonra hər il azalmağa başlayıb. “Worldometer” saytına görə, ölkənin ortalama əhalisinin artım tempi 2014-cü ildən bəri artmayıb.

İSTAT-ın hesablamalarına görə, İtaliyada ortlama yaş əsrin ortalarında 50,8 il olacağını olacaq.

İtaliyanın demoqrafik vəziyyətinə qismən dəyişən iqtisadi şəraitlə əlaqədar italyan ailələrinin daha az övladı olması və ölkədən kənarda iş axtaran italyanların sayının çox kimi bir çox amillər təsir edib.

Nəzrin Cavadzadə

tag: İtaliya, İSTAT, Əhali, Demoqrafik , todaypress.az,