İtaliyanın Baş Nazirinin boyunu ələ salan şəxs 5 min avro cərimələndi
Dünya
20.07.2024 05:00
İtaliyanın Milan şəhərində məhkəmə
baş nazir Corca Meloninin boyuna lağ edən jurnalisti 5 min avro cərimələyib.
TodayPress xəbər verir ki, Culiya
Korteze adlı jurnalist 2021-ci ilin oktyabrında “Twitter”də (indiki adı “X”)
Meloninin boyu ilə bağlı "bədən təcavüzü" olaraq xarakterizə edilən
zarafatına görə şərti olaraq 1200 avro pul cəzasına məhkum edilmişdi . Müxalifətdə
olarkən Meloni sosial mediada Korteze ilə mübahisə edib və sonra qanuni addım
atıb. Meloni Kortesenin keçmiş faşist lider Benito Mussolininin şəklini paylaşmasına
reaksiya verib və Korteze də “Məni qorxutmursan, Corca Meloni. Nəticədə cəmi
1,5 metr boyun var. Mən səni heç görə də bilmirəm...” deyə cavab verib.
Müxtəlif media saytlarında
Meloninin boyu 1,58 ilə 1,63 metr arasında göstərilir.
Nəzrin Cavadzadə
tag: Meloni, İtaliya, Baş nazir, Korteze, todaypress.az,