İtaliyanın baş naziri və onun kabineti ilə bağlı araşdırma başladıldı
Dünya
29.01.2025 01:34
İtaliya prokurorları Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən
həbs qərarı çıxarılan liviyalı səhra komandirinin İtaliyada saxlanması və
sonradan sərbəst buraxılması ilə əlaqədar İtaliyanın baş naziri Giorgia Meloni
barəsində araşdırmalara başlayıb.
TodayPress
xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni və onun kabinetinin bir
çox üzvü haqqında istintaq başladılıb.
İtaliya
prokurorları BCM tərəfindən həbs qərarı çıxarılan liviyalı səhra komandiri
Usama Elmasri Njeemin saxlanılması və sonradan azad edilməsi ilə bağlı baş
nazir Meloni, ədliyyə naziri Karlo Nordio, daxili işlər naziri Matteo
Piantedosi və Nazirlər Kabinetinin katibi Alfredo Mantovoya qarşı istintaq
başladılması ilə bağlı göstəriş verib.
Cinayətə
köməklik etmək və dövlət vəsaitindən sui-istifadə etmək iddiasıyla təhqiqat
aparıldığını deyən Meloni şantaja təslim olmayacağını, onu qorxutmağa imkan
verməyəcəyini deyib.
“Bəlkə
də buna görə sevməyənlər məni sevmirlər. İtaliyanın dəyişməsini və daha yaxşı
olmasını istəyirəm” deyə o bildirib.
Qeyd edək
ki, keçən həftə insanlığa qarşı cinayətlər törətdiyinə görə BCM-nin həbs qərarı
əsasında Turində saxlanılan Njeem azad edilərək İtaliyanın rəsmi təyyarəsi ilə
Liviyaya göndərildikdən sonra istintaq başladılıb.
İstintaqın qərardan şikayət edən vəkil Luisi Li Gotti tərəfindən başladığı güman edilir.
BCM
İtaliya hökumətindən qərarla bağlı məsləhətləşmədiyini bildirərək izahat istəyib.
tag: İtaliya, Cinayət, Həbs, İstintaq, Baş Nazir, todaypress.az,