İtaliyada yenidən zəlzələ - 100 nəfər təxliyə edildi
Neapolun qərbindəki Kampi
Fleqrey bölgəsində 3,9 bal gücündə zəlzələ olub.
TodayPress xəbər
verir ki, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) zəlzələnin
episentrinin Solfatara bölgəsində 2,5 kilometr dərinlikdə qeydə alındığını
açıqlayıb.
Yeraltı təkan əhali arasında təşviş yaradıb, insanlar iş yerlərini və evlərini tərk ediblər. Baqnolidə ehtiyat tədbiri olaraq 100-dək insanın yaşadığı binadan sakinlər təxliyə edilib.
Qeyd edək ki,
gecə saatlarında bölgədə 3,5 bal gücündə zəlzələ qeydə alınmışdı. Son 24 saatda
İtaliya sahillərində və yarımadada ən güclüsü 4,7 bal olmaqla ümumilikdə 20-dən
çox zəlzələ olub.
Qədim vulkanik
kraterlərdən ibarət olan Kampi Fleqrey bölgəsində isə son dövrlərdə seysmik
aktivlik artıb.
tag: İtaliya, Zəlzələ, Təlafat, itkin, Seysmik, todaypress.az,