İtaliyada yelkənli gəmi batdı, 7 nəfər itkin düşdü

Dünya

19.08.2024 13:54

İtaliyanın Palermo şəhərinin sahil zolağında yelkənli gəmi batıb.

TodayPress xəbər verir ki, göyərtəsində 22 nəfərin olduğu təxminən əlli metrlik yelkənli gəmidən biri azyaşlı uşaq olmaqla 15 nəfər sahil mühafizə xidmətinin patrul gəmiləri və yanğınsöndürənlər tərəfindən xilas edilib. Dördü britaniyalı, biri kanadalı və ikisi amerikalı olmaqla 7 nəfər itkin düşüb.

İtkin düşənlərin axtarışları davam etdirilir. Əraziyə bir neçə helikopter cəlb olunub.

Faciəyə əlverişsiz hava səbəb olub.  

tag: İtaliya, Qəza, İtkin düşdü,Gəmi, todaypress.az,