İtaliyada orta məktəbə qədər smartfonlardan istifadə qadağan edildi
Dünya
11.07.2024 00:44
"Növbəti tədris ilindən
başlayaraq mobil telefondan istənilən məqsədlə, o cümlədən təhsildə istifadəni
qadağan edən sirkulyar imzalamışam. Çünki hesab edirəm ki, orta məktəb səviyyəsinə
qədər mobil telefonla yaxşı təhsil təmin oluna bilməz. Bu, təbii ki, Tablet və
ya kompüter istifadəsini ehtiva etmir, lakin bu cihazlar da müəllimlərin rəhbərliyi
altında istifadə edilməlidir.”
TodayPress xəbər verir ki,
bunu İtaliyanın təhsil naziri Cüzeppe Valditara keçirilən konfransda deyib.
O qeyd edib ki, bu, müəllimlərə
səlahiyyət verilməsi və məktəblərdə fərdi məsuliyyət prinsipinin yenidən
qurulması üçün həlledici qaydaların tətbiqi istiqamətində mühüm bir addımdır.
Nazir Valditara əlavə edib ki, mobil telefonların aludəçilik alətinə çevrilməsinin və gənclərin yaşamaq istəyinin oğurlanmasının qarşısını almaq lazımdır.
Nəzrin Cavadzadə
tag: İtaliya, Smartfon, Sirkulyar, Nazir, todaypress.az,