İtaliyada müsəlmanların ibadət yerlərinin bağlanması qərarı ləğv edildi

Dünya

28.06.2024 21:20

Vilayət inzibati məhkəməsi İtaliyanın şimal-şərqindəki Qorisiya şəhərinin Monfalkone rayonunda müsəlman icmasının ibadət yerlərinin bağlanması ilə bağlı bələdiyyə qərarının icrasını dayandırmaq barədə qərar verib.

TodayPress xəbər verir ki, hərbi və mülki gəmilərin inşa edildiyi və buna görə də çoxlu sayda miqrant işçinin çalışdığı mühüm tərsanələrə ev sahibliyi edən Monfalcone rayonunda müsəlmanların ibadət azadlığı ilə bağlı İtaliya məhkəməsi tərəfindən mühüm qərar açıqlanıb.

İtaliyanın ANSA agentliyinin xəbərində bildirilib ki, Monfalconenin bağlı olduğu Friuli Venezia Giulia Regional İnzibati Məhkəməsi (TAR) Daru Salaam və Baitus Salat İslam mədəniyyəti mərkəzlərinin bağlanması ilə bağlı bələdiyyənin etirazlarını qəbul edib və bələdiyyə qərarının icrasını dayandırmağa qərar verib.

Anna Maria Cisint də regional inzibati məhkəmənin qərarının məzmununu oxuyacağını ifadə edərək, "Hər kəsin hörmət etməli olduğu qaydalara riayət edilməsinə xələl gətirən qərar qarşısında heç kim narahat olmaya bilməz" deyə bildirib.

GÜNEL

tag: İtaliya,Müsəlman, İbadət yerləri, Məhkəmə, todaypress.az,