İtaliyada istilər can aldı
Dünya
14.07.2024 15:41
İtaliyada müşahidə edilən anomal istilər üç nəfərin ölümünə səbəb olub.
TodayPress xəbər verir ki, qızmar isti səbəbindən biri paytaxt Romada, ikisi Apuliya regionunda olmaqla, üç yaşlı insan ölüb.
Meteoroloqlar Afrika antisiklonunun təsiri ilə müşahidə olunan anomal istilərin qarşıdakı həftə ərzində də davam edəcəyini bildiriblər.
İyulun 18-dən 19-dək Foccia və Taranto bölgələrində 41 dərəcə isti gözlənilir.
Siciliya və Sardiniya adalarında meşə yanğını təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq olunub, mülki müdafiə qüvvələri hazır vəziyyətə gətirilib.
tag: isti,hava,İtaliya,ölüm,todaypress.az,