İtaliyada güclü daşqınlar səbəbindən minlərlə insan təxliyə edildi

Dünya

20.10.2024 15:25

2581

Güclü yağışların səbəb olduğu güclü daşqın İtaliyanın Emiliya-Romanya bölgəsini əhatə edib.

TodayPress "RİA"ya istinadən xəbər verir ki, bu barədə ölkənin müəssisə məsələləri üzrə nazirinin müavini Valentino Valenti məlumat verib.  

Bolonya şəhəri və ətrafı daşqınların təsirinə məruz qalıb.

Kənd yerlərində əkin sahələrini, yolları və bir neçə kəndi su basıb. 

Xilasedicilər ,həmçinin yerli çaylarda sürüşmə və suyun səviyyəsinin kritik yüksəlməsini qeydə alıblar.

Onlar ən azı iki min insanı evlərindən təxliyə etmək qərarına gəliblər. 

Eyni zamanda, Velintininin sözlərinə görə, sinoptiklər yağışların yaxın gələcəkdə azalacağını gözləyir və dünən gecə təxliyə edilən insanların çoxunun öz evlərinə qayıda biləcəyini proqnozlaşdırırlar. 

Günəş Mərd 

tag: İtaliya,Daşqın,Təxliyə,Əhali,Todaypress.az,