İtaliyada Etna vulkanı aktivləşdi, uçuşlar təxirə salındı
Dünya
12.07.2024 00:00
İtaliyanın Siciliya adasındakı
Kataniya hava limanında Etna vulkanı səbəbindən onlarla uçuş ləğv edilib və ya
təxirə salınıb.
TodayPress xarici mətbuata istinadən xəbər verir ki, günün sonuna qədər hava limanında fasilələr
yaransa da, hələ açıqdır. Bəzi təyyarələr Palermoya yönləndirilib.
İtaliyanın Milli Geofizika və
Vulkanologiya İnstitutu Etna kraterlərindən birində aktivliyin tədricən
artdığını təsdiqləyib. Kül sütununun cənub istiqamətində yayıldığı bildirilir.
Etna Siciliyanın şərq sahilində yerləşən stratovulkandır. O, Avropanın ən yüksək aktivliyə malik vulkanıdır. Etnanın maksimum hündürlüyü aralarındakı püskürmələr və çökmələr nəticəsində dəyişir. Vulkan 1190 kvadrat kilometr ərazini əhatə edir və İtaliyanın ən böyük aktiv vulkanı sayılır.
tag: İtaliya, Siciliya, Etna, Palermo, todaypress.az,