İtaliyada əlverişsiz hava fəsadlar törətdi
Dünya
27.10.2024 12:04
İtaliyanın şimal regionlarında aramsız leysan yağışları fəsadlar törədib.
TodayPress xəbər verir ki, Piza bölgəsində çaylar məcrasından çıxıb, evləri, küçələri və iş yerlərini su basıb.
Bəzi ərazilərə 120 millimetr yağıntı düşüb, torpaq sürüşmələri olub. Liquriya və Emiliya-Romanya regionlarının müxtəlif bölgələrində narıncı, Veneto, Lombardiya, Toskana və Valle d'Aosta regionlarında isə sarı xəbərdarlıq elan edilib.
Mülki müdafiə qüvvələri köməksiz vəziyyətdə qalan onlarla insanı xilas edib. Bir nəfər itkin düşüb.
Axtarış-xilasetmə əməliyyatları davam edir.
Ölkə üzrə əlverişsiz hava şəraitinin qarşıdakı günlərdə də davam edəcəyi bildirilib.
tag: İtaliya,Yağış,Leysan,İtkin,Ölüm,Todaypress.az,