İtaliyada daşqın səbəbindən mindən çox insan təxliyə olundu
Dünya
20.09.2024 08:54
İtaliyanın şimalındakı
Emiliya-Romaniya regionunda leysan yağışın səbəb olduğu daşqın nəticəsində
mindən çox insan evlərindən təxliyə edilib.
TodayPress xəbər verir ki, Cənubi
Avropaya yönələn “Boris” qasırğası səbəbindən bölgəyə 48 saat aramsız yağış
yağıb. Daşqın nəticəsində evləri su basıb, yollar və küçələr su altında qalıb,
qatarların hərəkəti dayandırılıb.
Mülki müdafiə qüvvələri
500-dən çox xilasetmə əməliyyatı həyata keçiriblər.
İki nəfərin
itkin düşdüyü bildirilir. Bəzi bölgələrdə təhsil müəssisələrində tədris
dayandırılıb.
tag: İtaliya, Ekologiya, Daşqın, Boris, Roma, todaypress.az,